Avropa Liqasında yarımfinal mərhələsinə start verilib. Korner.az-ın məlumatına görə, bu mərhələyə vəsiqə əldə etmiş 4 komandadan 3-ü İspaniyanı təmsil edir.
Portuqaliyanın "Sportinq" klubu doğma azarkeşləri önündə turnirin favoritlərindən olan "Atletik" (Bilbao) ilə üz-üzə gəlib. İlk hissəsi qolsuz başa çatan oyunun ikinci yarısında azarkeşlər 3 qola şahidlik ediblər.
Lissabon təmsilçisi vacib oyundan qələbə ilə ayrılmağı bacarıb – 2:1.
Günün digər matçı isə iki ispan klubu qarşılaşıb. Madridin "Atletiko" klubu öz meydanında "Valensiya"nı qonaq edib. Altı qolun vurulduğu matçda meydan sahibləri 4:2 hesabı ilə qalib gəlib.
Avropa Liqası, yarımfinal mərhələsi
19 aprel
00:05. "Atletiko" (İspaniya) – "Valensiya" (İspaniya) 4:2
Qollar: Falkao, 18; 78; Miranda, 49; Adrian, 54 // Yonas, 45; Koşta, 90+2
00:05. "Sportinq" (Portuqaliya) – "Atletik" (İspaniya) 2:1
Qollar: İnsua, 76; Kapel, 80 // Aurteneçe, 54