“Atletiko” “İnter”ə qarşı
13.03.2024 , 10:56

Bu gün UEFA Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına yekun vurulacaq.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
“Atletiko” İspaniyada “İnter”i qəbul edəcək. Gecənin digər matçında Dortmund “Borussiya”sı Niderlandın PSV komandası ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
13 mart
00:00 Atletiko (İspaniya) – İnter (İtaliya)
İlk oyun 0:1
00:00 Borussiya Dortmund (Almaniya) – PSV (Niderland)
İlk oyun 1:1
