"Atletik" (Bilbao) komandası "Valensiya"nın futbolçusu Adaruizi transfer edib.
Korner.az-ın məlumatına görə, bu informasiyanı klubun rəsmi saytı da təsdiqləyib. İki mövsüm "yarasalar"da çıxış etdikdən sonra 2.5 milyon avro qarşılığında Aritiz Adaruiz "Atletik" klubu ilə 3 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2002-2003, 2006-2008 mövsümləri arasında "Atletik"də (Bilbao) çıxış edib.
