“Atalanta”dan yeni transfer
09.08.2023 , 09:00

“Atalanta” heyətini yeni hücumçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Berqamo təmsilçisi “Vest Hem”dən Canluka Skamakkanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı forvardla 4 illik müqavilə imzalanıb.
