Aslanov İtaliyada ikinci yerə çıxdı
14.05.2023 , 15:30

Milli Paralimpiya Komitəsinin atletika üzrə milli komandasının üzvü, paralimpiya çempionu Orxan Aslanov İtaliyanın Yesolo şəhərində keçirilən Qran Pridə uzunluğa tullanma növündə 6.19 m nəticə göstərərək ikinci yerə sahib çıxıb.
Korner.az xəbər verir ki, Aslanov bu nəticə ilə cari ilin iyul ayında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya əldə edib.
