"Bursaspor" uzun müddətdir ki, heyətinə qatmaq istədiyi Kazım Kazım transferini nəhayət ki, sona çatdırıb.
Korner.az–ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, daha əvvəl "Galatasaray"la razılığa gələn "ağ yaşıl"lar dünən Kazımla da 4 illiyinə anlaşıb.
Bu transfer "Bursaspor" tərəfindən rəsmi şəkildə açıqlanıb.