Asim Xudiyevə yeni təyinat
22.03.2022 , 11:08
![](https://korner.az/wp-content/uploads/2022/03/1647928987.jpg)
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.
Korner.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Avstriya oyununun hakim-inspektoru olacaq.
Sözügedən qarşılaşma martın 25-də Xorvatiyanın Varazdin şəhərindəki Varteks stadionunda baş tutacaq.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)