“Arsenal”ın futbolçusu milliyə kömək edə bilməyəcək
02.01.2024 , 13:22

Qana millisinin üzvü Tomas Parti Afrika Millətlər kubokunu buraxacaq.
İdmanxeber.az-ın məlumatına görə, “Arsenal”ın yarımmüdafiəçisinin aldığı zədə hələ də sağalmayıb.
Bu baxımdan da o, müalicəni Londonda davam etdirəcək.
