İngiltərə futbol Federasiyası “Arsenal”ın futbolçusunu cəzalandırıb.
Korner.az-ın məlumatına görə, Federasiya İngiltərə Premyer Liqasının son turunda azarkeşlərə qeyri-etik hərəkət etdiyinə görə, gənc futbolçu Cek Uilşeri cəzalandırıb. Belə ki, 21 yaşlı futbolçu “Mançester Siti”yə 6:3 hesabı ilə məğlub olduqları matçda azarkeşlərə orta barmağını göstərdiyinə görə, 2 matçlıq cəzalanıb.
Qeyd edək ki, İngiltərə millisinin üzvü Premyer Liqanın qarşıdakı 2 turunda “Çelsi” və “Vest Hem”ə qarşı matçları buraxmalı olacaq.
