Türkiyə milli komandasının oyunçusu Nuri Şahin karyerasının Premyer Liqada davam etdirəcək. Korner.az– ın məlumatına görə, ötən mövsüm daha çox ehtiyyatda qalan "Real"ın 23 yaşlı yarımmüdafiəçisi Londonun "Arsenal" klubuna keçib. Artıq klublar öz aralarında razılıq əldə ediblər. Futbolçu 1 il icarə əsasında "Arsenal"ın formasını geyinəcək.
Qeyd edək ki, Şahin “Arsenal”da çıxış edən ilk türkiyəli futbolçu olacaq.
