“Arsenal” ulduz oyunçu üçün hərəkətə keçdi
03.05.2024 , 23:02

“Arsenal”ın yeni transferi məlum olub.
Korner.az xəbər verir ki, “topçular” “Mançester Yunayted”in forvardı Markus Reşfordu heyətinə cəlb etmək istəyir.
Mançester təmsilçisi sərfəli təklif gələrsə, oyunçunu göndərəcək.
“Arsenal” isə futbolçunu cəlb etmək üçün mövsümün sonunu gözləyir.
Reşford 2016-cı ildən “Mançester Yunayted”də oynayır.
