“Arsenal” üçün əlamətdar oyun
24.04.2024 , 23:38
İngiltərə Premyer Liqasının 29-cu turunun təxirə salınmış “Arsenal” – “Çelsi” ilə görüşündə “topçular” böyük hesabla (5:0) qələbə qazanıb.
Korner.az xəbər verir ki, görüş London klubu üçün əlamətdar olub.
Belə ki, klub mövsüm ərzində evdə dörd nəhəngin hamısını – “Çelsi” (5:0), “Liverpul” (3:1), “Mançester Siti” (1:0) və “Mançester Yunayted”i (3:1) məğlub edib.
“Topçular”dan əvvəl bunu yalnız 30 il əvvəl 1993/1994 mövsümündə “Blekbern” bacarmışdı.