“Arsenal” Türkiyə klubunun futbolçusunu transfer etməyəcək
29.04.2024 , 12:59

“Fənərbağça”nın oyunçusu Ferdi Kadıoğlu yeni iddia ilə gündəmə gəlib.
Korner.az xəbər ki, futbolçunun son matçlardakı çıxışı “Arsenal” tərəfindən bəyənilməyib.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbərdə, “topçular”ın 24 yaşlı oyunçunun transferini hələlik dayandırdığı vurğulanıb.
Ferdi Kadıoğlu ilə “Arsenal”dan başqa “Napoli” və “Vest Hem” kimi klublar da maraqlanır.
Bu mövsüm “Fənərbağça”nın heyətində 47 rəsmi oyuna çıxan Ferdi 3 qol vurub, 5 məhsuldar ötürmə edib.
