"Real" (Madrid), "Arsenal" və "Liverpul"un transfer siyahısında yer alan argentinalı Lukas Biqlia böyük klubların maraq dairəsində olmağa davam edir.
Korner.az-ın məlumatına görə, Belçika Liqasında "Anderlext"in heyətində gözəl oyunu il seçilən 26 yaşlı Biqlianı ən çox "Real"ın istədiyi bildirilir. Mövsümün sonunda Həmit Altıntop və Lassana Diarranın ayrılmasındn sonra Jose Maurinyo argentinalı futbolçunu sıralarına qatmaq istəyir.
