Bu gün Avropa Liqasında final matçı keçirilib. Korner.az-ın məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdə baş tutan həlledici qarşılaşmada iki ispan klubu "Atletik" (Bilbao) və "Atletiko" (Madrid) üz-üzə gəlib.
55 min azarkeşin canlı izlədiyi matçda qalib Madrid təmsilçisi olub. "Atletiko"nun əsas qol silahı Falkao 2 dəfə fərqlənərək komandasının qələbəsində böyük pay sahibi oldu – 3:0.
Bu qələbə ilə "Atletiko" daha bir rekord qırmış olub. Belə ki, Ardanın komandası avrokuboklarda 12 oyun ardıcıl qalib gələrək "Barselona"nın 11 oyunluq qələbə seriyasını qırıb.
9 may
Avropa Liqası, final görüşü
23:45. "Atletiko" (Madrid) – "Atletik" (Bilbao) 3:0
Qol: Falkao 6, 32, Dieqo 85