İspaniyanın "Atletiko" (Madrid) klubunda çıxış edən Arda Turanın "Qalatasaray"a dönəcəyi ilə bağlı iddialara futbolçu cavab verib.
Korner.az-ın məlumatına görə, futbolçu "Kanaltürk"də yayımlanan "Top bizdə" proqramına qoşularaq sualları belə cavablandırıb:
"Mən "Qalatasaray" və onun azarkeşlərini sevirəm. Burak Yılmazla qürür duyuram. Dünyada hər kəsin adını bildiyi bir ulduz futbolçumuz var. Bu da Burakdı. "Qalatasaray"a döməyimə gəlincə isə klubumda xoşbəxtəm. Sabah nə olar bilinməz".
