Arda Gülər: “İlk qolumu vurduğum üçün çox şadam”
11.03.2024 , 10:26

La Liqanın 28-ci turunda “Real Madrid” öz meydanda “Selta”nlı4:0 hesabı ilə məğlub edib.
Korner.az xəbər verir ki, matçın 89-cu dəqiqəsində Vinisiusu əvəzləyən Arda Gülər komandasının 4-cü qolunu vurub.
Görüşdən sonra isə gənc oyunçu bunları deyib:
“İndiyə qədər mənim üçün çətin bir mövsüm oldu, amma ümid edirəm ki, bu gündən sonra daha yaxşı olacaq. “Real” dünyanın ən yaxşı klubudur, burada olmaqdan xoşbəxtəm. Nə qədər çətin olsa da, mənim istedadım və bacarığım var. İlk qolumu vurduğum üçün çox şadam. Ümid edirəm ki, daha çox olacaq”.
