Arda Gülər ən bahalı futbolçular arasında
29.05.2024 , 18:07

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) futbol dünyasının ən bahalı 100 futbolçusunun siyahısını açıqlayıb.
Korner.az xəbər verir ki, “Real”da çıxış edən Arda Gülər siyahıda 90-cı yerdə qərarlaşıb.
Onun transfer qiyməti 67,9 milyon avro göstərilib.
CIES-in açıqladığı siyahıda ən bahalı oyunçusu isə Cud Bellinqemdir. Britaniyalı ulduzun qiyməti 280,4 milyon avrodur.
Madrid klubunda 12 matçda forma geyinən 19 yaşlı Arda Gülər 6 dəfə qol sevinci yaşayıb.
