“Araz-Naxçıvan”ın Qəbələ toplanışı başa çatdı
29.07.2023 , 11:41

Qəbələdə təlim-məşq toplanışında olan “Araz-Naxçıvan” hazırlığın ikinci mərhələsini yekunlaşdırıb.
Korner.az xəbər verir ki, dünən ikitərəfli oyun keçirən komanda Bakıya dönüb. Futbolçular bu gün istirahət edəcək. Komanda məşqlərini avqustun 3-nə qədər Bakıda davam etdirəcək, daha sonra mövsümün ilk oyununda iştirak etmək üçün Tovuza yola düşəcək.
“Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu avqustun 4-də, saat 17:00-da Tovuz şəhər stadionunda keçiriləcək. Ertəsi gün eyni saatda və məkanda hər iki komandanın əvəzedici heyətləri üz-üzə gələcək.
