“Araz-Naxçıvan”ın futbolçusu milliyə dəvət aldı
06.11.2023 , 14:17

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı qolkiper Avro-2024-ün seçmə mərhələsində noyabrın 17-də Albaniya, 3 gün sonra Çexiya yığması ilə keçiriləcək matçlar üçün Moldova millisinə çağırılıb.
