“Araz-Naxçıvan”dan yeni transfer
28.07.2023 , 12:42

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, baş məşqçi Vitali Borisovun istəyi ilə komandaya hücumçu dəvət olunub. Braziliyalı Erik Dannilo qarşıdakı mövsümdə “Araz-Naxçıvan”ın uğur qazanması üçün çalışacaq.
32 yaşlı “stolb” İspaniyanın “Peniscola” klubunda çıxış edib.
