“Araz-Naxçıvan”dan yeni transfer
17.07.2023 , 19:39

Yeni mövsümün hazırlığını Bakıda həyata keçirən “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Nuno Migel Rodriqeslə anlaşıb. Bu gün Bakıya gələn portuqaliyalı 29 yaşlı futbolçu tibbi müayinədən keçib və onunla 1 il müddətini əhatə edən müqavilə imzalanıb.
Sağ cinah hücumçusunun son klubu Portuqaliyanın 2-ci liqasında iştirak edən “Sportinq Clube da Covilha”dır. Nuno karyerası ərzində “Oliveira do Hospital”, “Pedras Salqadas”, “Qafanha”, “Lusitano Vildemoinhos”, “Mafra”, “Arouca”, “Vilafranquense” klublarının da formasını geyinib.
