“Araz-Naxçıvan”dan yeni müqavilə
29.05.2024 , 15:33
Transfer işlərini davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ülvü İsgəndərov qarşıdakı 1 il ərzində “Araz-Naxçıvan”ın formasını geyinəcək.
Karyerası ərzində “Qəbələ” və “Sumqayıt” klublarında çıxış edən 26 yaşlı vinger 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində də çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün “Qəbələ”dən Urfan Abbasovu da heyətinə qatdığını açıqlayıb.
Xatırladaq ki, Ülvünün son klubu “Qəbələ” olub. O, 2018-ci ildən bu mövsümün sonunadək “Qəbələ”nin formasını geyinib.
