“Araz-Naxçıvan”dan ilk transfer – Rəsmi
29.05.2024 , 13:55

Yeni mövsümlə bağlı transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” ilk transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, klub Urfan Abbasovu heyətinə cəlb edib.
32 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Son klubu “Qəbələ”olan Urfan Abbasov “Səbail” və Azərbaycan milli komandasında da çıxış edib.
