Əsas və əvəzedici komanda ilə yanaşı, aşağı yaş qrupu üzrə heyətlərin formalaşmasına da diqqət yetirən “Araz-Naxçıvan”da U-19 və U-17-nin baş məşqçiləri müəyyənləşib.

Korner.az xəbər verir ki, Xəyal Mustafayev 19, Ruslan Əmircanov isə 17 yaşadək futbolçulardan ibarət komandanın baş məşqçisi təyin olunub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.