“Araz-Naxçıvan”da yeni müqavilə
11.06.2024 , 10:45

“Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, cari ilin qışında Naxçıvan təmsilçisinə keçən Ramin Nəsirli ilə müqavilə müddəti uzadılıb.
U-21 millimizin də heyətinə cəlb olunan yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir.
Buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla da müqavilə bağlanıb.
