“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
18.07.2023 , 22:55

2023/24 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan”ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, əvəzedicilərin çempionatında debüt edəcək ikinci komandanın baş məşqçisi vəzifəsi Zaur İsmayılova tapşırılıb.
Qapıçılar üzrə məşqçi Cəmaləddin Əliyev olacaq. Hər iki məşqçi ilə 1 illik müqavilə imzalanıb.
