Cahangir Həsənzadənin gözlənilməz gedişindən sonra qapıçı axtarışlarına çıxan “Araz Naxçıvan” klubu istədiyinə nail olub.
Korner.az-ın məlumatına görə, Naxçıvan klubu təcrübəli Kamal Bayramovu heyətinə qatmağa çox yaxındı. Kamal Naxçıvan təmsilçisindən öncə “Giresunspor”la razılığa gəlsə də tərəflər hələ müqaviləyə qol çəkməyiblər.
Qeyd edək ki, Bayramovun son klubu “Rəvan” olub.