“Araz-Naxçıvan” futbolçusu ilə müqavilə yenilədi
03.06.2024 , 11:20

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu ilin qışında komandaya keçən Ramin Nəsirli yeni mövsümdə də “qırmızı-ağlar”ın heyətində yer alacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. U-21 millisinin də üzvü olan yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir.
