“Araz-Naxçıvan” Baxşıyevlə “davam” dedi
29.05.2024 , 11:35

“Araz-Naxçıvan” klubu baş məşqçisi Elmar Baxşıyevlə müqavilə müddətini uzadıb.
Korner.az xəbər verir ki, anlaşmanın müddəti 1 ildir.
Bu barədə klubun yaydığı məlumatda bildirilib. Baxşıyev 2024/25-ci il mövsümündə də “qırmızı-ağlar”ı çalışdıracaq.
Başa çatan mövsümün son 7 oyununda “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev olub.
