"Mançester Siti"nin aparıcı futbolçularından Serxio Aquero haqqında çıxan transfer söz-söhbətlərinə son qoyub.
Korner.az-ın məlumatına görə, adının "Real"la (Madrid) hallanmasının şayədən başqa bir şey olmadığını deyən Aquero heç yana getmək niyyətinin olmadığını bildirib. 2011-ci ildə "Atletiko"nu (Madrid) "şəhərlilər"ə dəyişən argentinalı futbolçu gələcəyinin ancaq və ancaq "Mançester Siti" ilə bağlı olacağını sözlərinə əlavə edib.
Qeyd edək ki, Serxio Aqueronun İngiltərə təmsilçisi ilə 2016-cı ilə qədər müqaviləsi var.