“Neftçi”nin APOEL-lə tarixi səfər matçını canlı izləməkdən məhrum edilən azarkeşlərə müjdə: matçın videoyazısı bu gün yayımlanacaq.
Korner.az-ın məlumatına görə, Cənubi Kiprdə keçirilən görüş bu gün saat 22.00-da ANS-in efirində olacaq.
Xatırladaq ki, APOEL – “Neftçi” oyunu komandamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb və təmsilçimiz ölkə futbolu tarixində ilkə imza ataraq Avropa yarışlarında qrup mərhələsinə vəsiqə qazanıb.
