Antonun komandasından heç-heçə
01.05.2024 , 14:31

Cənubi Koreya çempionatında 10-cu turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun komandası “Daejeon” “Sanqmu” ilə üz-üzə gəlib.
Qarşılaşma 0:0 hesablı heç-heçə ilə bitib.
Anton da bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan futbolçu sona qədər oynayıb.
“Daejeon” 10 xalla 9-cu pillədə qərarlaşıb.
