Mayın 16-da keçiriləcək Azərbaycan kubokunun final görüşünü – "Neftçi" – "Bakı" qarşılaşmasını Türkiyədən gələcək menecerlər də izləyəcəklər. Bu barədə məlumatı Korner.az-a yenicə yaranmış "Transfermarket" menecer şirkətinin direktoru İman Həsənov verib. Paytaxtımıza təşrif buyuracaq qonaqların adları da bəllidi: "Antalyaspor"un məşqçisi Namiq Yüksəl və klubun idarə heyətindən bir nəfər.
Həsənovun sözlərinə görə, Yüksəl ona "Transfermarket" tərəfindən təklif olunmuş iki futbolçunu iş başında görmək qərarına gəlib. Ancaq gözaltı edilən futbolçuların azərbaycanlı, yoxsa legioner olduqları hələlik açıqlanmır.