“Antalyaspor” baş məşqçini təqdim etdi
30.05.2024 , 16:10

“Antalyaspor” yeni baş məşqçisi Aleks de Souzanı ictimaiyyətə təqdim edib.
Korner.az xəbər verir ki, klub onunla müqavilə imzalama mərasimi keçirib.
“Antalyaspor” Aleks de Souza ilə 2 illik sözləşmə imzalayıb.
Mütəxəssis isə öz növbəsində klub rəhbərliyinə təşəkkür edib.
