Ağdamın “Qarabağ” klubunun futbolçusu Ansi Aqolli Albaniya milli komandasının heyətinə dəvət alıb.
Korner.az-ın məlumatına görə, 31 yaşlı müdafiəçi noyabrın 15-də Belarusla keçiriləcək yoxlama oyununa dəvət alıb.
Aqolli Türkiyənin Antalya şəhərində baş tutacaq qarşılaşmaya dəvət alan 22 oyunçu sırasında yer alıb. Onun “Qarabağ”dakı komanda yoldaşı Admir Teli isə bu dəfə heyətdən kənar qalıb.
futbolmedia.az
