"Arsenal"ın rusiyalı futbolçusu Andrey Arşavin sürpriz komandadan transfer təklifi alıb.
Korner.az-ın məlumatına görə, bu heyətini ulduz futbolçularla gücləndirən "Kvins Park Renceyrs" klubudur. Komandanın 31 yaşlı forvardı əvvəlcə icarə əsasında, sıralarına qatıb, daha sonra transfer etmək istədiyi bildirilir. Arşavinin "Kvens Park Renceyrs" klubuna neçəyə başa gələcəyi barədə isə heç bir məlumat yoxdur.
Arsen Venqerin gələn mövsüm komandada görmək istəmədiyi oyunçunun "topçular"dan ayrılması dəqiqdir.