Almaniya yığmasının və “Çelsi”nin yarımmüdafiəçisi Andre Şürle karyerasını vətənində davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, son dünya çempionunun oyunu “Çelsi”nin baş məşqçisi Hose Mourinyonu qane etmir. Futbolçunun yay transfer pəncərəsində komandanda ayrılacağı gözlənilir.
Qeyd edək ki, Şürle ilə Dortmund “Borussiya”sı yaxından maraqlanır.