Andrade üçün 90 dəqiqə
26.03.2024 , 13:27

“Qarabağ”ın futbolçusu Patrik Andradenin formasını geyindiyi Kabo Verde millisi yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, milli Ekvatorial Qvineya ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.
Komandanın qolunu 64-cü dəqiqədə Cabral vurub.
Andrade də bu görüşdə çıxış edib. O, meydana start heyətdə çıxıb və sona qədər iştirak edib.
