Ançelottidən Modriç mesaji
01.05.2023 , 18:58
“Modriçlə bağlı çox yaxşı xəbərimiz var. Şənbə günü keçiriləcək matça hazır ola bilər”.
Korner.az xəbər verir ki, bu sözləri Karlo Ançelotti sabah keçiriləcək “Real Sosyedad”la oyundan öncə baş tutan mətbuat konfransda deyib.
Zədə və komandadakı çatışmazlıqlardan danışan italyan çalışdırıcı, “Alaba bu matç oynaya bilməyəcək. Valverdenin vəziyyəti bəlli deyil, ona da baxmaq lazımdır. Benzema isə bu gün yorğun idi, özünü yaxşı hiss etsə, sabah oynayacaq”, – deyə mütəxəssis bildirib.
“Real Sosyedad” – “Real” oyunu sabah 00:00-da start götürəcək.