Türkiyənin Bank Asya birinci liqasında çıxış edən Amit Quluzadənin formasını geyindiyi “Erciyesspor” bu gün növbəti oyununa çıxacaq. Korner.az-ın məlumatına görə, millimizində şərəfini qoruyan Quluzadənin komandası “Sakaryaspor” ilə qarşılaşacaq. Bu oyunda Kayseri təmsilçisini yalnız qələbə qane edir.
Son oyunda forma geyməyən Amitin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğurur. Baş məşqçi Kemalettin Şentürk futbolçumuza da şans verə bilər.
Qeyd edək ki, Kayseri klubu hazırda 32 oyundan sonra 43 xalla 8-ci pillədə qərarlaşıb. “Sakaryaspor” isə 21 xalla 17-cidi.
