big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Almanlaşma siyasətinin” yaradıcılarının əks-hücum planı (YAZI)

31.10.2014 , 12:08

Berti Foqtsun millidən uzaqlaşdırılması faydasız “almanlaşma siyasəti”nin yaradıcılarına öldürücü zərbə olsa da, AFFA-nın vitse-prezidenti Elşad Nəsirovla məsləkdaşı Elxan Məmmədov belə desək, əlinin arxasını yerə qoymadı. Təəssüf ki, 6 ildə milyonların havaya sovrulduğunu etiraf etmək, vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə xalqdan üzr istəmək, peşəkarcasına postundan getmək əvəzinə həm Nəsirov, həm də Məmmədov iz azdırmağın, sudan quru çıxmağın yollarını axtarır.

Tənbeh xəbərinə reaksiya verilmədi
 Əlbəttə, yığmanın uğursuzluğuna görə Foqtsu tənqid atəşinə tutan jurnalistləri günahkar sayan Elşad bəy işlədiyi dönəmdə yeri səhv düşmüş adam obrazından başqa heç nəyə nail olmayıb. Ona baxanda yenə baş katibin diplomatik təbəssümü, marketinq sahəsində müəyyən təcrübəsi var. Oktyabrın 27-də ölkə mətbuatında aydın səmada şimşək effekti verən xəbər yayıldı. Nəinki idman saytları siyasi portallar da Nəsirovun prezident aparatına çağırılıb tənbeh edilməsindən yazdı. Maraqlıdı ki, qarşı tərəf gündəmi zəbt edən xəbərə heç bir reaksiya vermədi.

“Futbol yoxdu, olmayacaq”
Yarıtmaz fəaliyyətinə görə sıxma-boğmaya salınan  Nəsirovun yerində ölkəsinin idman şərəfinə dəyər verən biri olsaydı, çoxdan futbol ictimaiyyətiylə halallaşmışdı. Məmmədova gəlincə,  yad dillərdə özününkündən 2 dəfə yaxşı danışan adama günahlarını bağışlayıb şiddətli töhmət vermək, böyük məbləğdə cərimələmək və yalnız bundan sonra assosiasiyada saxlamaq da olar. Məsələn, əsas və müxtəlif yaş qrupları üzrə milli komandaların oyunları zamanı stadionlarda reklam yerləşdirmək istəyən şirkətlərlə danışıqlar aparmaq, bu sahədə əlaqələri genişləndirmək üçün.  Vəzifəsinin kiçildilməsiylə razılaşmayacaqsa, buyursun getsin! Nə Nəsirovun bu futbolun dünənində adı var, nə də Məmmədovun. İkisi bir nöqtəyə vurmağa can atan, uğursuz strategiyanın uğurlu olduğunu xalqa zorla qəbul etdirməyə çalışan insanlardı. Hərçənd futbolun “pirojki” dönəmini də görənlər AFFA-nı yanlış strategiyanın tapdağına çevirənlərin hansı əqidəyə qulluq etdiyini yaxşı bilir. Ölkədə “futbol yoxdu və olmayacaq” fikrinin möhkəmlənməsində danılmaz “xidmətləri” olanlar, millinin formasını milli dəyərləri vecinə almayan gəlmələrin əynində ucuzlaşdıranlar, ən nəhayət, Azərbaycanın futbol mentalitetinə zidd addımlarla futbol ictimaiyyətini ümidsizliyə qapdıranların indiki postunda qalması yeni uğursuzluq dönəminin başlanğıcı olar.

Öncəgörənlik tələb etmirik
Futbolun inkişafına lazım olandan artıq şərait yaradan AFFA prezidentinin ətrafında işini sevən, məsuliyyətin ağırlığından səhərləri diri gözlə açan, idman aləmində xüsusi  “çəkiyə” malik, xarizmalı insanlar çalışmalıdı. Yüksək postlarda əyləşən idarəçilər reallıqla hesablaşmağı bacarmalı, ölkənin futbol resurslarının heç olmasa, düzgün dəyərləndirilməsində şəxsən maraqlı olmalıdı. Mövcud durumda nəyin effekt verəcəyini, nəyin maliyyə itkisindən başqa bir şey olmayacağını ayırd edə bilməyən məmurların AFFA-da nə işi var? Doğrudu, kimdənsə öncəgörənlik tələb etmək haqqımız yoxdu. İnsan gələcəkdə nə olacağını dəqiqliklə söyləyə bilməz. Belələri nağıllarda olur. Amma peşəkar intuisiyası da vacib şərtdi. Bax, həmin intusiya adıçəkilən idarəçilərdə yoxdu.

Uğur 9 xaldısa…
Təbii, bu gün ölkənin klub futbolunda nəzərəçarpan inkişafın yarısının yarısı yığmada yoxdusa, “Neftçi” və “Qarabağ” Avroliqanın qrupunda oynadığı halda milli 6-7 il öncəki kimi azarkeşlərinə “quru” hesablı darmadağınların acısını daddırırsa, səbəbkarlar və günahkarlar haqq etmədiyi “kreslolar”da əyləşən AFFA məmurlarıdı. Bəli, istər ölkə çempionatının təşkilində və oyunların keçirilməsində, istərsə də klublarda çatışmazlıqlar mövcuddu. Sadəcə 6 il əvvəllə müqayisədə futbolumuzun ən yaralı yeri yığmaların yerində saymasıdı. Foqtsun imza atdığı gülünc rekord – 9 xal “uğurun” zirvə nöqtəsidisə, onda “Neftçi” və “Qarabağ”ın başqanlarına şəhərin ən mənzərəli yerində heykəl qoyulmalı, komandaları Avroliqanın qrupuna daşıyan baş məşqçilər milli qəhraman sayılmalı, bu işdə əməyi olan klub idarəçiləri isə əməkdar idman xadimi adıyla təltif edilməlidi.

“Kreslo”nu qorumağın yolu – əks-hücum
Məntiqlə, “yuxarılar”ın yanında üzüağ çıxmaq istəyən məmurlar da klubların çöküşündə şəxsən maraqlı olmalı, yerli çempionatın qeyri-qənaətbəxş səviyyədə keçirildiyini müxtəlif yollarla sübuta yetirməyə çalışmalıdı. Bir halda ki, Nəsirovla Məmmədov klubların yox, millilərin inkişafına cavabdehlik daşıyan idarəçilərdi və onların tutduğu yolun uçuruma apardığı üzə çıxıb, deməli, sözügedən məmurlar indi də uğurlu müdafiə taktikası axtarır. Sizcə, bu durumda hər hansı tərəqqi gözləmək olarmı? Əlbəttə, yox! Mətbuatdakı qütbləşməyə, mövzuların ardıcıllığına diqqət yetirsək başa düşərik ki, məlum uğursuzluğun əsas səbəbkarları və onların əlaltıları özlərinə yaxın mətbuat vasitəsi ilə Foqts məsələsini gündəmdən çıxarmaqda maraqlıdı. “Əlləri girən”komandalardan biri qarşıdakı premyer-liqa oyunlarında guya hansısa haqsızlığa görə çempionatdan getmək istəyə, hansısa referi qəsdən yerli birincilikdə bazar ab-havası yarada bilər.  Hər şeyi zamanın ixtiyarına buraxaq və gözləyək. Səbəbi xırdalamağa xüsusi ehtiyac yoxdu: ölkə mətbuatının və futbol ictimaiyyətinin diqqətini yayındırmaq başlıca məqsəddi.

Futbol+

Son yazılar

To Top