“Almaniyaya qol vurduğum oyunu unuda bilmirəm” – Dmitri Nazarov
26.08.2022 , 10:39

Almaniyanın “Erzgebirge” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Dmitri Nazarov “Liga3-online” nəşrinə müsahibə verib.
Korner.az xəbər verir ki, o, yığmanın sabiq baş məşqçisi Berti Foqtsla əlaqə saxlayıb-saxlamadığı ilə bağlı sualı belə cavablandırıb:
“Təəssüf ki, artıq onunla əlaqə saxlamıram. Artıq bir neçə ildir ki, bir-birimizi görmürük. O, indi futbol stadionundan daha çox qolf meydançaları cəlb edir. Ona görə də daha tez-tez rastlaşmırıq (gülür)”.
Nazarov beynəlxalq arenada unuda bilmədiyi oyunun hansı olduğunu da açıqlayıb: “2017-ci ilin martında Almaniyaya Bakıda 1:4 hesabı ilə uduzduğumuz DÇ-2018-in seçmə mərhələsinin matçını unuda bilmirəm. Bir neçə oyun top buraxmayan Almaniyaya qol vurdum. Belə bir seriyanı qırmaq gözəl təcrübə idi. Bu, şübhəsiz ki, əbədi olaraq xatırlanacaq”.
