Polşa və Ukraynada keçiriləcək Avro-2012 öncəsi turnirin favoritlərindən olan Almaniya millisi hazırlıq matçında qüvvəsini sınayıb. Korner.az-ın məlumatına görə, Bertiq Foqtsun həmyerliləri İsveçrə ilə qarşılaşıb.
Azarkeşlərin 8 qol izlədiyi matçda İsveçrə 5:3 hesabı ilə qələbə qazanıb. Qalib komandanın heyətində Ərən Dərdiyok (3), Lixtşteyner, Admir Mehmedi, Almaniyada isə Hummels, Şürrle və Reus fərqlənib.