Almaniya klubundan “Trabzonspor”a
08.02.2022 , 15:39

“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Superliqa təmsilçisi Almaniyanın “Bayer” klubundan Emrehan Gediklini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı hücumçu ilə 4.5 illik müqavilə imzalanıb.
“Trabzonspor” bu keçid üçün Leverkuzen klubuna 800 min avro ödəyəcək.
