Almaniya klubunda yeni müqavilə
11.05.2023 , 11:20
Almaniyanın “Köln” klubunda yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi baş məşqçisi Şteffen Baumqartla yeni müqavilə bağlayıb.
Klubun yaydığı açıqlamada, tərəflər arasında yeni sözləşmənin müddəti 2025-ci ilə qədər nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Baumqart 2021-ci ildən “Köln”ə rəhbərlik edir.