Almaniya klubu bu futbolçunu satmayacaq
30.03.2024 , 16:24

“Bavariya” futbolçusu Camal Musiala ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, klub onu satmaq istəmir.
Münhen təmsilçisi Musialanı komandada saxlayacaq.
Bundan əlavə, “Bavariya” oyunçuya gələn təklifləri dəyərləndirməyəcək.
Musiala bu mövsüm 32 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.
