“Alanyaspor”dan yeni transfer
25.08.2020 , 16:47

“Alanyaspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Monterrey” klubundan Adam Bareyronu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
24 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Futbolçu Türkiyə klubunda icarə əsasında çıxış edəcək.
