AL: Püşkatmaya necə baxaq?
18.12.2023 , 09:58

Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılacaq.
Korner.az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ” da bu gün rəqibini tanıyacaq.
Bakı vaxtı ilə saat 16:00-da başlayacaq püşkatma mərasimi ölkəmizdə də canlı yayımlanacaq. CBC Sport kanalı püşkatmanı birbaşa nümayiş etdirəcək.
