Azərbaycanın təcrübəli mütəxəssis və "Neftçi"nin sabiq məşqçisi Ağasəlim Mircavadov "Neftçi"-APOEL oyunu haqda fikirlərini Korner.az– a belə bildirdi: "Oyun haqqında onu deyə bilərəm ki, komandamız istəyirdi oyunu udsun. O biri oyunlara nisbətən "Neftçi" hərəkətli idi. Ancaq qol buraxmaq onların öz səhvi idi. Yəni mövqe səhvindən oldu. Ümumiyyətlə, "Neftçi" Avropada nə səhv buraxıbsa, hamısı mövqe səhvlərinə görə olub. Əsasən də müdafiədə. "Neftçi" aqressiv olsaydı, hesabı artıra və oyunu uda bilərdilər. Hücum aqressivliyi,bu vacib amillərdən biridi. Dünənki qolda müdafiəçi onu çıxarmalıydı. Top düz müdafiəçinin ayağında idi. Nəsə müdafiəçinin bilinmədi nə fikri var, ya topu çıxarda bilmədi. Və top düşdü hücumçunun ayağına. O da ağılla istifadə etdi şansdan. Heç zərbə də gərək deyildi, ayağının içi ilə boş küncü gördü, vurdu. Ümumiyyətlə, "Neftçi"yə cərimə meydançasında oynayan oyunçular lazımdır. Komandaya lider lazımdır ki, kömək etsin. Oyunçular da ona uyğun oynamalıdır. Əsasən hücuma cərimə meydançasında oynayan, aqressiv, hər təhlükəyə gedən, pozisiyaları hiss eləyən hücumçu lazımdır. Hissiyyat həddindən artıq güclü olmalıdır. Dünənki oyunda "Neftçi"də bu çatmırdı. Əgər elə oyunçular olsaydı "Neftçi" 2-3 top fərqi ilə udardı. Ancaq cinahlar yaxşı idi, işləyirdilər. Təzyiqlər var idi. Bu təzyiqləri artırmaq lazım idi. İkinci oyuna gəldikdə isə oyunu artırmaq lazımdı. Artıq 6 gün qalıb, bu vaxta nəsə etmək olar. Futbolçular da dərk etmələdilər ki, bu oyunda nəticə qazanıb Avropada imic yaratmaq lazımdır."
